Abunəlik Şərtləri
Bu səhifə İstifadə Şərtlərinin və Geri Qaytarılma Şərtlərinin abunəliyə aid bölmələrini bir yerdə göstərir; tam mətn həmin səhifələrdədir.
4. Abunəliklər və Ödənişlər
- Ödənişli paketlər: Plus, Plus Ailə (2–5 nəfər) və Business.
- Ödənişlər Kapital Bank (AZN kartları), Google Play, App Store və xarici kartlar üçün Stripe vasitəsilə emal olunur. Plus Ailə yalnız Kapital Bank ilə alınır.
- Mağaza (Google Play, App Store) abunələri seçilmiş dövrün sonunda avtomatik yenilənir; yenilənməni müvafiq mağazada ləğv edə bilərsiniz. Kartla (Kapital Bank) ödəniş seçilmiş dövr üçün birdəfəlikdir və avtomatik yenilənmir.
- Hər iki halda paketin imkanları ödənilmiş dövrün sonuna qədər açıq qalır.
- Geri qaytarma Geri Qaytarılma Şərtlərinə, müvafiq ödəniş provayderinin və tətbiq olunan qanunvericiliyin qaydalarına tabedir.
- Qiymətlər dəyişə bilər; dəyişikliklər qüvvəyə minməzdən əvvəl bildiriləcək.
7. Abunəliyin Ləğvi
Abunəliyi istənilən vaxt tətbiqin Ayarlar → Paketlər bölməsindən və ya ödənişi etdiyiniz platformanın (App Store / Google Play) abunəlik parametrlərindən ləğv edə bilərsiniz. Ləğv gələcək dövrlər üzrə avtomatik ödənişləri dayandırır; artıq ödənilmiş cari dövrün sonuna qədər xidmət aktiv qalır.
